Türkiyə İrana silah satışı iddialarını təkzib etdi
Türkiyə hakimiyyəti Ankaranın İrana silah satması ilə bağlı sosial mediada yayılan iddiaları təkzib edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsinə bağlı Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi bildirib.
Məlumata görə, Türkiyənin İrana qabaqcıl hava hücumundan müdafiə sistemləri və dron raketləri verdiyi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Qurum açıqlamasında bu tip iddiaların ictimai düşüncəni manipulyasiya etmək və regionda mövcud olan həssas tarazlığı pozmaq məqsədi daşıdığını vurğulayıb.
Mərkəz vətəndaşları “zərərli dezinformasiya kampaniyalarına” inanmaqdan çəkinməyə çağırıb.
17:45 05.04.2026
Oxunuş sayı: 52