İrandan sərt xəbərdarlıq – "Cəhənnəmin dərinliklərinə göndərəcəyik"
İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli zabiti Ali Abdollahi ABŞ hərbçilərinin İranla bağlı təhdidlərini davam etdirəcəyi təqdirdə onlara sərt cavab veriləcəyini bildirib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Generalın sözlərinə görə, ABŞ əsgərləri "birbaşa cəhənnəmin dərinliklərinə göndəriləcək". Bu bəyanat Donald Trampın İranla bağlı açıqlamalarına cavab olaraq səsləndirilib.
14:20 05.04.2026
Oxunuş sayı: 57