"Ukrayna tək qala bilər" – Zelenskidən kritik mesaj
Volodimir Zelenski Yaxın Şərqdə, xüsusilə İran ətrafında uzanan müharibənin ABŞ-nin diqqətini Ukraynadan yayındıra biləcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, prezidentin sözlərinə görə, bu vəziyyət Ukraynaya həyati əhəmiyyət daşıyan hava hücumundan müdafiə sistemlərinin tədarükünü azalda bilər. Xüsusilə Patriot raket sisteminin çatışmazlığı artıq hiss olunur və bu da ölkənin Rusiya hücumlarından müdafiəsini çətinləşdirir.
Bundan əlavə, neft qiymətlərinin artmasının Rusiya üçün əlavə üstünlük yaratdığı vurğulanıb. Qeyd olunub ki, bu artım Kremlin müharibəni davam etdirmək üçün daha çox maliyyə resursu əldə etməsinə şərait yaradır.
14:10 05.04.2026
Oxunuş sayı: 60