Sarkisyanın partiyası seçkilərdə iştirak etməyəcək
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan rəhbərlik etdiyi Ermənistan Respublika Partiyasının 7 iyuna təyin olunmuş parlament seçkilərində iştirak etməyəcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sarkisyan bildirib ki, bu qərar qətidir və dəyişdirilməyəcək. Bununla yanaşı, o, digər siyasi qüvvələri dəstəkləmək məsələsinin hələ açıq qaldığını qeyd edib.
Keçmiş prezident əlavə edib ki, hansı qüvvəni dəstəkləyəcəkləri ilə bağlı qərar daha sonra ictimaiyyətə açıqlanacaq.
14:20 04.04.2026
Oxunuş sayı: 581