İlham Əliyev: Energetika Avropa İttifaqı ilə münasibətlərin əsas hərəkətverici qüvvəsi olub və olacaq
Energetika Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında münasibətlərin əsas hərəkətverici qüvvəsi olub, var və olacaq.
Crossmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə mətbuata bəyanatlarla çıxışı zamanı bildirib.
Dövlət başçısı vurğulayıb ki, əksəriyyəti Aİ üzvü olan 16 ölkə artıq Azərbaycandan qaz alır:
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir".
17:08 11.03.2026
Oxunuş sayı: 44