İran iki strateji məqsəd güdür - Xarici EKSPERT

“İranın Avropa qitəsinə yaratdığı hərbi təhlükə NATO səviyyəsində yenidən dəyərləndirilməlidir”.
Crossmedia.az xəbər verir ki, Yaxın Şərq İnstitutunun (Middle East Institute) saytında Avropa və Qara dəniz təhlükəsizliyi üzrə ekspert Yuliya-Sabina Codcun “İranın Qara dəniz regionuna artan təsiri: nəticələr və Qərbin reaksiyası” sərlövhəli məqalə ilə çıxış edib.
Müəllifin fikrincə, “İran iki strateji məqsəd güdür – Rusiya ilə daha sıx əlaqələr və zəngin Avropa bazarına çıxış. Bu, həm də Tehrana Hindistanın ixracından tranzit rüsumları əldə etmək potensialı yaradır”.
Sitat: “İranın hücum silahları, məsələn, Rusiyadan idxal vasitəsilə raketlər əldə etməyində irəliləyişi nəzərə alınarsa, onun Avropa qitəsinə yaratdığı hərbi təhlükə NATO səviyyəsində yenidən dəyərləndirilməlidir”.
15:19 07.12.2024
Oxunuş sayı: 8799