Münaqişə alovlanır: Hizbullahın Livan ordusuna açıq təhdidi yayıldı
Hizbullah döyüşçülərinə Livan ordusu qrupun fəaliyyətinə müdaxilə etməyə cəhd edərsə, onlarla qarşılaşmağı tapşırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri məlumat yayıb.
Mənbə bildirib ki, “Əmr aydındır: Livan ordusu bir mövqeni ləğv etməyə və ya raket hücumunun qarşısını almağa çalışarsa, onlarla qarşılaşın”.
Eyni zamanda qeyd olunub ki, Livanın İrana qarşı son hərəkətlərinə baxmayaraq, Livan hökumətinin Hizbullahın fəaliyyətinə qarşı hələ qətiyyətli addımlar atmadığı bildirilib.
Mənbə əlavə edib: “Biz bəzi addımlar görürük, lakin heç bir real və təsirli hərəkət görünmür”.
Bundan başqa, BMT-nin Livan üzrə xüsusi koordinatoru Joanna Vroneçka bazar ertəsi günü münaqişənin davam edən eskalasiyası fonunda İsrailə gələcək və döyüşləri dayandırmaq üçün ölkəyə gələn ilk vasitəçi olacaq.
13:49 09.03.2026
Oxunuş sayı: 58