Qətər İranın Səudiyyə Ərəbistanına hücumunu qətiyyətlə pisləyib
Qətər Dövlətinin Xarici İşlər Nazirliyi İranın Səudiyyə Ərəbistanının Əl-Xərc şəhərindəki yaşayış kompleksinə hücumunu qətiyyətlə pisləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hücum nəticəsində iki mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb.
Nazirlik açıqlamasında beynəlxalq hüquqa və mehriban qonşuluq prinsiplərinə riayət etməyin, eləcə də regionda gərginliyi artıracaq hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayıb. Qətər Səudiyyə Ərəbistanı ilə tam həmrəyliyini bildirərək, qurbanların ailələrinə başsağlığı verib və yaralıların tezliklə sağalmasını arzulayıb.
13:32 09.03.2026
Oxunuş sayı: 46