Brüssel sülhün mərkəzi olur?
Avropa Şurasının prezidenti Antonio Kosta və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Yaxın Şərq ölkələrinin liderlərini regionda sürətlə inkişaf edən böhranla bağlı növbədənkənar videomüşavirəyə dəvət ediblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən məlumat verir.
Brüsseldən bildirilib ki, görüş zamanı liderlərin mövcud vəziyyətlə bağlı qiymətləndirmələri dinləniləcək. Həmçinin Avropa İttifaqının region ölkələrinə mümkün dəstəyi və münaqişənin həlli yolları müzakirə olunacaq.
Turqut Ansari
13:14 09.03.2026
Oxunuş sayı: 44