Bu gün Tehranda Müctəba Xameneinin İranın yeni ali rəhbəri kimi andiçmə mərasimi keçiriləcək.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Təşkilatçıların məlumatına görə, mərasim yerli vaxtla saat 15:00-da Azadi meydanında təşkil olunacaq.
Mərasimdə dövlət rəsmiləri, hərbi və dini nümayəndələr, eləcə də çoxsaylı vətəndaşların iştirak etməsi gözlənilir.
Qeyd edək ki, Ekspertlər Şurası tərəfindən keçirilən səsvermə nəticəsində Müctəba Xamenei ölkənin yeni Ali Lideri seçilib.