Hizbullah İsrail qüvvələrinə qarşı yeni hücum həyata keçirdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Təşkilatın rəsmi bəyanatına görə, əməliyyat Əl-Ədisə şəhəri yaxınlığında, Livanın cənubunda və İsraillə sərhədə yaxın ərazidə aparılıb. Məlumata görə, hücum zamanı İsrail hərbi qüvvələri və texnikası hədəf alınıb.
Hizbullah açıqlamasında bu addımın İsrailin “cinayətkar təcavüzünə cavab” olduğunu bildirib.