Tramp: Neft qiymətlərinin qısamüddətli artımı “kiçik qiymət”dir
ABŞ Prezidenti Donald Tramp neft qiymətlərinin artması ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. O bildirib ki, İranın nüvə proqramı təhlükəsi aradan qaldırıldıqdan sonra neft qiymətlərinin qısamüddətli yüksəlişi ABŞ və dünya üçün ödəniləcək “kiçik bir qiymət”dir.
Tramp vurğulayıb ki, yalnız “axmaqlar” bu vəziyyətə fərqli yanaşardı, bu isə onun fikrincə, qiymət artımının müvəqqəti və məqbul olduğunu göstərir.
O, həmçinin enerji bazarlarının sabitliyi və neft təchizatının təhlükəsizliyi ilə bağlı strateji mövqeyini də təkrar edib.
11:19 09.03.2026
Oxunuş sayı: 45