İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, Ekspertlər Məclisinin Müctəba Xameneini ölkənin ali lideri seçməsi mühüm və dəqiq addım olub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, qəbul edilən qərar ölkədə yaranmış gərgin vəziyyətdə cəmiyyət üçün sakitləşdirici və sabitləşdirici təsir göstərib.
Qalibaf qeyd edib ki, İran xalqı imanlı, inqilabi ruhlu, cəsarətli və ölkənin idarə olunması sahəsində təcrübəli liderə sahib olub.
Parlament sədri əlavə edib ki, yeni ali liderə dəstək vermək və onun rəhbərliyi ətrafında birləşmək İran cəmiyyəti üçün həm dini, həm də milli məsuliyyət hesab olunur.