Şok iddia: İranın məşhur generalı İsmayıl Qaani İsrailə qaçıb?
İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandanı İsmayıl Qaani ilə bağlı mediada bir-birinə zidd iddialar yayılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, Qaani hazırda İsraildə təhlükəsiz yerdə saxlanılır. İddialara əsasən, o, HƏMAS lideri İsmayıl Həniyə, Hizbullahın rəhbəri Həsən Nəsrullah, həmçinin İranın ali dini lideri Əli Xamenei və SEPAH-ın bəzi yüksək rütbəli generallarına qarşı planlaşdırılan sui-qəsd cəhdlərində əsas fiqurlardan biri olub.
Digər tərəfdən, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "The National" nəşri isə fərqli məlumat yayıb. Nəşrin iddiasına görə, SEPAH rəhbərliyi Qaanini xəyanət ittihamı ilə edam edib.
Qeyd edək ki, bu iddiaların heç biri rəsmi mənbələr tərəfindən hələlik təsdiqlənməyib və məsələ ilə bağlı müxtəlif versiyalar müzakirə olunur.
10:05 09.03.2026
Oxunuş sayı: 51