ABŞ rəsmisi: İsrail hücumların miqyasını əvvəlcədən açıqlamayıb
İranın neft infrastrukturuna edilən hücumlardan sonra ABŞ və İsrail arasında müəyyən gərginlik yarandığı bildirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin Kanal 12 telekanalı məlumat yayıb. ABŞ təhlükəsizlik rəsmisinin sözlərinə görə, İsrail planlaşdırılan hücumlar barədə Vaşinqtonu əvvəlcədən məlumatlandırsa da, əməliyyatların real miqyası barədə detalları açıqlamayıb.
“İsraillilər bizə neft obyektlərinə edilən hücumlar barədə əvvəlcədən məlumat veriblər, lakin onların miqyasını göstərməyiblər. Biz bunun yaxşı fikir olduğunu düşünmürük”, – deyə ABŞ rəsmisi bildirib.
Məlumata görə, Vaşinqton neft qiymətlərinin mümkün artımından ciddi narahatdır. Qeyd olunur ki, bəzi hallarda İsrail ABŞ-a tam məlumat vermədən daha sərt hərbi addımlar ata bilər.
09:55 09.03.2026
Oxunuş sayı: 44