İsrail Tehranda İİKK Hərbi Hava Qüvvələrinin qərargahını vurdu
İsrail Müdafiə Qüvvələri (İMQ) hava vəziyyətini qiymətləndirmək və İran hava məkanını qorumaqdan məsul olan İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Hərbi Hava Qüvvələri Əməliyyatlar Qərargahına zərbə endirildiyini bildirib .
Crossmedia.az xəbər verir ki, bu barədə İMQ məlumat yayıb .
İİKK-nın qərargahı əsas hava hücumundan müdafiə komandanlıq məntəqəsi idi.
İsrail Müdafiə Qüvvələri həmçinin hava hücumundan müdafiə sistemlərinə, komandanlıq mərkəzlərinə və logistika anbarlarına zərbələr endirildiyini bildirib.
Bütün bu hücumlar İİKK bazasının yerləşdiyi ərazidə baş verib.
23:18 08.03.2026
Oxunuş sayı: 62