İran Rusiyanın ona kömək etdiyini etiraf edib
İran Rusiyanın ona necə kömək etdiyinə dair birbaşa cavabdan yayınmağa davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi bildirib.
O qeyd edib ki, Tehranla Moskva arasında hərbi əməkdaşlıq davam edir və və bu heç kimə sirr deyil:
"İranla Rusiya arasında hərbi əməkdaşlıq yeni bir şey deyil. Bu, sirr deyil. Keçmişdə də mövcud olub, indi də mövcuddur və gələcəkdə də davam edəcək."
Lakin, Rusiyanın İrana kəşfiyyatla - məsələn, Amerika qoşunlarının yerini müəyyən etmək üçün kömək edib-etmədiyi birbaşa soruşulduqda, Əraqçi birbaşa cavab verməyib, sadəcə Moskvanın bir çox sahədə kömək etdiyini qeyd edib.
22:55 08.03.2026
Oxunuş sayı: 54