BƏƏ İranı vurması barədə xəbərləri təkzib edib
BƏƏ rəsmiləri İsrail mediasında yayılan və guya Əbu-Dabinin İrana qarşı hərbi əməliyyat həyata keçirməsi barədə xəbərləri təkzib ediblər.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
BƏƏ rəsmiləri bildirib ki, İranın su duzsuzlaşdırma obyektinə zərbə endirilməsi ilə bağlı məlumatlar tamamilə yalandır və belə bir əməliyyat həyata keçirilməyib. Onlar əlavə ediblər ki, Əmirliklər hər hansı hərbi addım atsaydı, bunu gizlətməz və açıq şəkildə elan edərdi.
20:53 08.03.2026
Oxunuş sayı: 59