BƏƏ son həftədə İranın ən çox hücum etdiyi ölkə olub
Son bir həftə ərzində Birləşmiş Ərəb Əmirlikləri İranın ən çox hücumuna məruz qalan ölkəyə çevrilib və bu göstəriciyə görə Israeli geridə qoyub.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
Məlumata görə, 28 fevral – 7–8 mart tarixləri arasında Iran tərəfindən BƏƏ ərazisinə təxminən 240 ballistik raket və 1400-dən çox hücum məqsədli pilotsuz uçuş aparatı buraxılıb.
Eyni dövrdə İsrailə isə 200-dən çox raket və təxminən 100–120 pilotsuz uçuş aparatı atıldığı bildirilir.
Hücumların regionda təhlükəsizlik vəziyyətini daha da gərginləşdirdiyi qeyd olunur.
19:48 08.03.2026
Oxunuş sayı: 195