İnstitutun direktor müavini: Bu müsabiqədə 54 layihə qalib olacaq
Bu müsabiqədə 54 layihə qalib olacaq .
Crossmedia.az xəbər verir ki, bu fikri “Sabahın alimləri” müsabiqəsinin açılış mərasimi zamanı mediaya açıqlamasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev bildirib.
O, bu müsabiqədə 54 layihənin qalib olacağını və münsiflər tərəfindən seçiləcək ən yaxşı layihələ qaliblərininin ölkəmizi xaricdə keçiriləcək yarışlarda təmsil edəcəyini bildirib.
Xatırladaq ki, müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Regeneron International Science and Engineering Fair beynəlxalq elm və mühəndislik sərgisində ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.
Elmir Heydərli
12:08 03.03.2026
Oxunuş sayı: 512