Süni intellekt insanlara düzgün yol göstərir - nazirlik rəsmisi açıqladı
Süni intellekt insanlara düzgün yol göstərir.
Crossmedia.az xəbər verir ki, bu fikri “Sabahın alimləri” müsabiqəsinin açılış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib.
O, süni intellektin xüsusən böhran vəziyyətlərində düzgün yol göstərdiyini qeyd edib.
Nazir müavini həmçinin bu gün süni intellektin həyatımızda müstəsna rol oynadığını bildirib.
Xatırladaq ki, müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Regeneron International Science and Engineering Fair beynəlxalq elm və mühəndislik sərgisində ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.
Elmir Heydərli
11:45 03.03.2026
Oxunuş sayı: 534