Direktor müavini: Sabahın alimləri layihəsi artıq öz bəhrəsini verir
Sabahın alimləri layihəsi artıq öz bəhrəsini verir. Crossmedia.az xəbər verir ki, bu fikri “Sabahın alimləri” müsabiqəsinin açılış mərasimində Elm və Təhsil Nazirliyinin tabiliyindı olan Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev bildirib.
O, bu layihədə son iki ildə olduqca ciddi uğurların olduğunu və gənclərin dünyamiqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etdiyini bildirib.
Xatırladaq ki, müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri ABŞ-da keçirilən Regeneron International Science and Engineering Fair beynəlxalq elm və mühəndislik sərgisində ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.
Elmir Heydərli
11:39 03.03.2026
Oxunuş sayı: 581