Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Manas Universitetində olub
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və onu müşayiət edən nümayəndə heyəti Qırğızıstan-Türkiyə Manas Universitetinə nəzakət ziyarəti edib.
Crossmedia.az xəbər verir ki, nümayəndə heyəti universitetin rektoru professor Alpaslan Ceylan və rektor vəzifəsini icra edən professor Almaz İbrayevlə görüş keçirib.
Görüş zamanı birgə layihələrin hazırlanması, akademik və mədəni sahələrdə həyata keçirilə biləcək fəaliyyətlər, eləcə də gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub. Tərəflər qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.
19:15 01.03.2026
Oxunuş sayı: 644