İsa Həbibbəyli: Birinci Türkoloji Qurultay türkologiya elmi üçün bələdçi rolunu oynayıb
Birinci Türkoloji Qurultay türkologiya elmi üçün bələdçi rolunu oynayıb.
Crossmedia.az xəbər verir ki, bunu AMEA-nın prezidenti İsa Həbibbəyli "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi konfransda deyib.
Onun sözlərinə görə, yüz il əvvəl baş tutan Birinci Türkoloji Qurultayda müxtəlif və önəmli qərarlar qəbul olunub:
"Qurultay Türk dünyasının, eləcə də dünyanın ən tanınmış alimlərini öz ətrafında cəmləşdirib. Türk dünyasının fərqli bölgələrindən gələn 131 nəfərin böyük əksəriyyəti müxtəlif araşdırmaların müəllifi olub. Bu qurultay sonrakı dövrlərdə də türkologiya elmi üçün yolgöstərən rolunu oynamaqdadır".
İsa Həbibbəyli əlavə edib ki, Birinci Türkoloji Qurultayın ən böyük zəfəri o zamankı çətin dövrdə ortaq türk əlifbasının qəbul edilməsindən ibarət olub:
"Qurultayın Bakıda keçirilməsi də təsadüfi deyildi. Çünki Bakı Avrasiya məkanında inkişaf etmiş mərkəzlərdən biri idi".
12:10 27.02.2026
Oxunuş sayı: 662