Şimkənddə Xocalı soyqırımı qurbanları anılıb
Qazaxıstanın Şimkənd şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi İctimai Birliyinin nəzdindəki həftəsonu məktəbində Xocalı soyqırımına həsr olunan açıq dərs keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Müəllimə Günel Abbasova şagirdlərə faciənin tarixindən bəhs edib, onun Azərbaycan xalqının yaddaşında dərin iz buraxdığını bildirib.
Dərsdə, həmçinin bu soyqırımını əks etdirən foto və videomateriallar nümayiş olunub.
Belə tədbirlərin keçirilməsi gənc nəslin tarixi həqiqətlər barədə maarifləndirilməsi, milli yaddaşın qorunması və vətənpərvərlik ruhunun formalaşması baxımından böyük əhəmiyyət daşıyır.


15:25 24.02.2026
Oxunuş sayı: 395