Ukrayna mətbuatında Xocalı soyqırımı haqqında məqalə dərc olunub
Ukraynanın “Naşa versiya” nəşrində “Azərbaycanlıların Xocalı soyqırımının 34-cü ildönümü: tarix nə deyir?” sərlövhəli məqalə dərc olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Hüquq elmləri doktoru, professor, diplomat, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyevin müəllifi olduğu məqalədə Xocalı soyqırımının xronikası barədə geniş məlumat verilib. Erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı siyasəti və təcavüzünün 200 illik tarixi olduğu oxucuların diqqətinə çatdırılıb.
“Azərbaycan şəhəri olan Xocalı çoxdandır ki, Babiy Yar, Osvensim, Xatın, Buhenvald kimi sadəcə coğrafi ad deyil. Bu şəhər amansızlığı və vəhşiliyi ilə dünyanı silkələyən, kütləvi qətllərin ən faciəli ünvanlarından biridir”,- deyə məqalədə vurğulanır.
13:30 24.02.2026
Oxunuş sayı: 428