Diplomlarla bağlı tələbələrə ŞAD XƏBƏR
Diplomlar tələbənin tam akademik göstəriciləri sistemə əlavə olunduqdan sonra 10 iş günü ərzində sistemdə əks olunacaq.
Bu barədə Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarovun “Təhsilin rəqəmsallaşması” mövzusunda media nümayəndələri üçün brifinqdə Crossmedia.az-a açıqlamasında bildirib.

İdarə rəisi qeyd edib ki, tələbələr diplomunu akademik göstəricilərin sistemə əlavə olunduqdan 10 iş günü sonra "mygov" platformasından təhsil sənədləri bölməsindən daxil olub tanış ola bilərlər.
Elmir Heydərli
11:50 24.02.2026
Oxunuş sayı: 517