İlham Əliyev Bruney Sultanını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahanı ölkənin milli bayramı münasibətilə təbrik edib.
Crossmedia.az məktubun mətnini təqdim edir:
"Bruney-Darüssalamın milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Dostluq və qarşılıqlı hörmət üzərində qurulmuş Azərbaycan-Bruney münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, dost xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın daha da genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Bu xoş fürsətdən istifadə edərək Sizi və dost xalqınızı müqəddəs Ramazan ayının başlaması münasibətilə də səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Bruney-Darüssalama daim əmin-amanlıq və firavanlıq diləyirəm".
11:32 23.02.2026
Oxunuş sayı: 487