MEK-in “İraq-türkman kitabxanası” guşəsinə yeni kitablar hədiyyə edilib
Kərkük Mədəniyyət Dərnəyinin başçısı, araşdırmaçı-yazar, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Fəxri Doktoru, ictimai xadim Dr.Şəmsəddin Kuzəçi və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Orxan İsayev AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olub.
Crossmedia.az xəbər verir ki, Dr.Şəmsəddin Kuzəçi “İraq-Türkman kitabxanası” guşəsinə “Ben Kerküküm”, “Kərkükün rüzgarı”, “Kərkükün günəşi” adlı yeni kitablarını, Orxan İsayev isə həmmüəllifi olduğu “İraq-Türkman ədəbiyyatı tarixi” adlı monoqrafiyasını hədiyyə edib. Görüş zamanı MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov İraq-türkman ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərindən ibarət bu guşə barədə ətraflı məlumat verib. Direktor qarşılıqlı elmi-ədəbi əlaqələrin inkişaf etdirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Dr.Şəmsəddin Kuzəçi ölkələrimiz arasında ortaq milli-mənəvi dəyərlərin və qədim tarixi köklərin olduğundan danışıb. Orxan İsayev isə həmmüəllifi olduğu monoqrafiyada türkmanların yazılı ədəbiyyatı ilə yanaşı, şifahi xalq ədəbiyyatının da öz əksini tapdığından bəhs edib. Sonda qonaqlarla xatirə şəkli çəkdirilib.
17:25 20.02.2026
Oxunuş sayı: 513