İsrail və ABŞ-nin İrandakı mümkün hədəfləri açıqlanıb
İsrail və ABŞ İran ərazisində bir sıra strateji hədəflərə zərbə endirə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Qeyd olunub ki, mümkün hədəflər arasında raket anbarları, nüvə obyektləri və İslam İnqilabı Keşikçiləri Korpusu-nun (İİKK) qərargahı da yer alır.
İsrail hərbi rəsmilərinin bildirdiyinə əsasən, plan bir neçə gün ərzində genişmiqyaslı zərbələrin endirilməsini nəzərdə tutur. Məqsədin İranı danışıqlar prosesində güzəştə getməyə məcbur etmək olduğu qeyd olunur.
Regionda artan gərginlik fonunda bir neçə ölkə öz vətəndaşlarını İranı tərk etməyə çağırıb. Rəsmi qurumlar isə vəziyyəti yaxından izlədiklərini bildirirlər.
15:05 19.02.2026
Oxunuş sayı: 495