ABŞ İranla müharibəyə hazırlaşır
İran hədəflərinə zərbələrdə istifadə edilən ABŞ Hərbi Hava Qüvvələrinə məxsus strateji bombardmançı təyyarələr yüksək hazırlıq vəziyyətinə gətirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Məlumata görə, söhbət xüsusilə uzaqmənzilli əməliyyatlarda istifadə olunan və böyük dağıdıcı gücə malik təyyarələrdən gedir. Nəşr qeyd edir ki, bu addım regionda artan gərginlik fonunda atılıb.
Rəsmi Vaşinqton məsələ ilə bağlı hələlik açıqlama verməyib. Ekspertlər isə hesab edirlər ki, strateji bombardmançıların yüksək hazırlıq vəziyyətinə gətirilməsi ABŞ-nin mümkün hərbi ssenarilərə qarşı operativ reaksiyaya hazır olduğunu göstərir.
14:50 19.02.2026
Oxunuş sayı: 524