Şoyqudan XƏBƏRDARLIQ: Ermənistanda dəmir yolları bir gecədə sıradan çıxa bilər
Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanın dəmir yoluna nəzarət məsələsi ilə bağlı səslənən fikirlərə münasibət bildirib.
Crossmedia.az xəbər verir ki, o, "TASS" agentliyinə açıqlamasında bu təşəbbüsü “zəif düşünülmüş” adlandırıb.
Şoyqunun sözlərinə görə, belə bir qərar əsasında qurulacaq sistem “bir gecədə sıradan çıxa bilər”.
“Mən başqa ölkələrin dəmir yollarını idarə etmək səriştəsini mühakimə etməyəcəyəm, lakin əminliklə deyə bilərəm ki, ən çətin şərtlərdən uzaq Ermənistanda uzun müddət səmərəli fəaliyyət göstərən Rusiya dəmir yolu daşıyıcısını hər hansı digər şirkətin tam əvəz edə bilməsi mümkün deyil”, – deyə o vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da məsələ ilə bağlı açıqlama vermişdi.
14:25 19.02.2026
Oxunuş sayı: 595