ŞOK İDDİA: Danışıqlar iflasa uğrasa, İran hərbi planı işə salacaq
İran danışıqların uğursuzluğa düçar olacağı halda hərbi ssenariyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, Tehran mümkün qarşıdurma ehtimalını nəzərə alaraq hərbi qüvvələrin yerləşdirilməsini sürətləndirir, qərar qəbuletmə səlahiyyətlərini yenidən bölüşdürür və strateji obyektlərdə təhlükəsizlik tədbirlərini gücləndirir.
Məlumatda bildirilir ki, eyni zamanda ölkənin nüvə obyektləri əlavə müdafiə sistemləri ilə möhkəmləndirilir, daxildə isə mümkün etirazların qarşısının alınması üçün nəzarət mexanizmləri sərtləşdirilir.
Qeyd olunur ki, bu addımlar danışıqlar prosesinin nəticəsiz qalacağı təqdirdə hərbi ssenariyə hazır olmaq məqsədi daşıyır.
14:15 19.02.2026
Oxunuş sayı: 484