Zelenski müharibə ilə bağlı məqsədini açıqlayıb: Mümkün qədər tez...
Əsas məqsədim müharibəni mümkün qədər tez başa çatdırmaqdır. Bu istiqamətdə bütün səylər sülhün bərqərar olunmasına yönəlib.
Crossmedia.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenski bildirib ki, Rusiyanı, eləcə də onun siyasi sistemini yaxşı tanıyır və vəziyyəti düzgün qiymətləndirə bilir.
O, həmçinin vurğulayıb ki, məqsədi kimisə fiziki olaraq məhv etmək deyil, müharibəni dayandırmaqdır. Prezident qeyd edib ki, ukraynalılar böyük itkilər versələr də, ərazilərin təslim edilməsini dəstəkləmirlər.
Dövlət başçısı seçkilər məsələsinə də toxunaraq deyib ki, müharibə şəraitində səsvermənin keçirilməsi məqsədəuyğun deyil və atəşkəs əldə olunmadan bu məsələ gündəmdə deyil. Onun sözlərinə görə, xarici tərəfdaşlar da müharibə dövründə seçkilərin keçirilməsinə qarşıdırlar.
Zelenski korrupsiya ilə mübarizənin davam etdiyini də vurğulayıb və qeyd edib ki, bu barədə açıq danışmaq problemin aradan qaldırılmasına xidmət edir.
14:31 19.02.2026
Oxunuş sayı: 510