Makron Hindistanda sosial mediada müzakirə mövzusu olub
Emmanuel Makron Hindistana səfəri çərçivəsində yerli bloger və podkast aparıcısı Raj Şamani ilə görüşüb.
Crossmedia.az xəbər verir ki bu barədə xarici KİV yazıb.
Fransa prezidenti podkast çəkilişində iştirak edib. Görüş zamanı Raj Şamani Makronu məşhur “aviator” eynəklərində qarşılayıb. Bu detal sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və istifadəçilər tərəfindən zarafat və ironik paylaşımlarla qarşılanıb.
Sosial media platformalarında görüşlə bağlı müxtəlif şərhlər yazılıb və hadisə qısa müddətdə trend mövzuya çevrilib.
12:25 19.02.2026
Oxunuş sayı: 594