İran hakimiyyəti ABŞ-la aparılan danışıqlar prosesini öz nəzarətində hesab edir və proseslərin gedişatını idarə edə biləcəyini düşünür.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,İran qarşı tərəfin strateji niyyətlərini və mümkün reaksiyalarını düzgün analiz etmir, bu isə regionda geosiyasi gərginliyin artması riskini yüksəldir. Ekspertlər hesab edirlər ki, belə yanaşma Tehran üçün diplomatik və hərbi sahədə ciddi fəsadlar doğura bilər.
Hesabatda həmçinin qeyd olunur ki, İranın öz gücünü və təsir dairəsini həddindən artıq qiymətləndirməsi digər dövlətlərin planlarını gözlənilməz və zəruri addımlarla cavablandırmasına səbəb ola bilər. Analitiklər bu səhvlərin davam etməsi halında, yalnız ABŞ-İran münasibətlərində deyil, bütövlükdə Yaxın Şərqdə stabilik və təhlükəsizliyin ciddi risk altında qala biləcəyini vurğulayırlar.
İranın danışıqlara yanaşmasında olan bu yanlış hesablamalar nəzarətsiz gərginlik, strateji səhvlər və regional sabitliyin pozulması kimi ciddi nəticələr doğura bilər.