ABŞ administrasiyası İrana qarşı mümkün hərbi əməliyyatı nəzərdən keçirir.
Crossmedia.az bu barədə "CBS News" ə istinadən xəbər verir ki, çərşənbə günü yüksək vəzifəli milli təhlükəsizlik rəsmiləri ABŞ Prezidenti Donald Trump-a ordunun bu şənbə günü İrana potensial zərbələr endirməyə hazır olduğu barədə məlumat veriblər.
Mənbələrin sözlərinə görə, mümkün əməliyyatın vaxtı yalnız bu həftəsonu ilə məhdudlaşmaya da bilər. Bununla yanaşı, qeyd olunur ki, Tramp hələlik İrana zərbə endirilib-endirilməməsi ilə bağlı yekun qərar qəbul etməyib.
Rəsmi Vaşinqton tərəfindən məsələ ilə bağlı hələlik açıq bəyanat verilməyib. Vəziyyətin inkişafı diqqətlə izlənilir.