Rusiyalı politoloq TRİPP layihəsi ilə bağlı narahatlığını ifadə edib
ABŞ prezidenti Donald Tramp “brilyant caynaqlarını” mümkün olan hər yerdə, o cümlədən Cənubi Qafqazda yerləşdirməyə çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Dmitry Lysenkov bildirib.
Onun sözlərinə görə, Cənubi Qafqaz və xüsusilə Ermənistan tarixən iki dünya – Rusiya və Yaxın Şərq arasında körpü rolunu oynayıb. Politoloq hesab edir ki, Tramp mövcud geosiyasi impulsdan istifadə edərək məhz bu regionda dayaq nöqtəsi qazanmağa cəhd edir.
Ekspert əlavə edib ki, əgər TRIPP ətrafında formalaşan layihə mərhələli şəkildə dərinləşərsə, zamanla vəziyyət qaçılmaz olaraq dəyişəcək.
Onun fikrincə, iqtisadi xarakter daşıyan təşəbbüs son nəticədə ciddi siyasi layihəyə çevrilə bilər.
22:27 18.02.2026
Oxunuş sayı: 462