Epşteyn qurbanlarından YENİ İDDİA
Cinsi istismar cinayətləri ilə gündəmə gəlmiş maliyyəçi Ceffri Epşteynin qurbanlarından biri olan Rina Oh onun Osmanlı İmperiyasına və xüsusilə Topkapı Sarayına aludə olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Milliyet” nəşri məlumat yayıb.
Rina Ohun sözlərinə görə, Epşteyn onu hərəmxananın bir hissəsi və "sevimlisi” olacağına inandırmağa çalışıb.
O bildirib ki, Epşteyn iki ilə yaxın davam edən söhbətlər zamanı özünü üçüncü şəxsdə – “sultan” kimi təqdim edib.
Qurban qeyd edib ki, Epşteyn tez-tez “Sultan”, “hərəm” və “saray” anlayışlarından danışır, onu dünyaya bu çərçivədən baxmağa yönləndirməyə çalışırdı.
Rina Ohun sözlərinə görə, Epşteyn Osmanlı İmperiyası tarixinə xüsusi maraq göstərir, ondan Osmanlı dövründə hərəm qadınlarının hekayələri, memarlıq nümunələri və saray strukturları barədə məlumat toplamağı tələb edirdi.
O həmçinin bildirib ki, Epşteyn Topkapı Sarayının memarlığı, mədəniyyəti və tarixi ilə bağlı detalları dərindən öyrənməsini istəyirdi.
19:51 18.02.2026
Oxunuş sayı: 716