İrəvanda atışma: çoxlu sayda yaralı var
İrəvan şəhərinin Acapnyak inzibati rayonunda atışma baş verib.
Crossmedia.az erməni mediasına istinadən məlumat verir ki, hadisə nəticəsində azı altı nəfər xəsarət alıb. Yaralıların sayının doqquz nəfərə çata biləcəyi də istisna etdilmir.
Ermənistan Respublikasının Daxili İşlər Nazirliyi isə bildirib ki, hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Hadisə ilə bağlı ətraflı məlumatın daha sonra təqdim olunacağı qeyd edilib.
Turqut Ansari
18:17 18.02.2026
Oxunuş sayı: 569