Putinin qohumu vasitəsilə bu şirkəti idarə edir
Jurnalist Andrey Zaxarov bildirib ki, dövlət messenceri olan “Max” platformasında əsas söz haqqına Rusiya Prezidenti Vladimir Putinin əmisi oğlu Mihail Şelomov sahibdir.
Crossmedia.az Rusiya KİV-nə istinadən məlumat verir ki, "Max” messenceri həm də holdinqə məxsusdur. Holdinqin səhmdarları arasında “SOGAZ” şirkətinin də adı yer alır. Şelomov isə “Aksept” şirkəti vasitəsilə bu şirkətdə paya malikdir.
Şelomov Zaxarovla söhbətində messencerlə heç bir əlaqəsinin olmadığını bildirib və əlavə şərh verməkdən imtina edib.
Zaxarov həmçinin qeyd edib ki, VK şirkəti Rusiya prezidentinə yaxın şəxs kimi təqdim olunan bankir Yuri Kovalçuk ilə əlaqələndirilir.
Turqut Ansari
04:39 19.02.2026
Oxunuş sayı: 472