Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri naziri Maksut Şadayev bildirib ki, "Roskomnadzor"un tələbi ilə "Telegram" platformasında istifadəçilərin məlumat mübadiləsi yavaşladılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir həmçinin təsdiqləyib ki, hüquq-mühafizə orqanları xarici kəşfiyyat qurumlarının "Telegram" mesajlarına çıxış imkanına malikdirlər. Şadayevin açıqlaması platforma istifadəçiləri və beynəlxalq ictimaiyyət arasında ciddi narahatlıq yaradıb.