Zaxarova: Moskva dəfələrlə sülh istədiyini nümayiş etdirib, lakin...
ABŞ və Ukraynanın iştirakı ilə fevralın 17-də Cenevrədə keçirilən danışıqlarla bağlı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Sputnik" radiosunun efirində açıqlama verib.
Crossmedia.az xəbər verir ki, o, Ukraynada sülhə atılan hər bir addım iki dövlət üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Zaxarova qeyd edib ki, Moskva dəfələrlə sülh istədiyini nümayiş etdirib, lakin Kiyev hakimiyyəti və ona tərəfdaşlıq edən Qərbi Avropa ölkələri danışıqlara mane olaraq onun əhəmiyyətini azaldır.
Eyni zamanda diplomat radionun efirində “Əgər hamımızın, həqiqətən, sülh istədiyini başa düşürüksə, Rusiya bunu dəfələrlə sübut edibsə və digər tərəfdə, həqiqətən, sülh istəməyənlərin müxtəlif bəhanələrlə danışıqların lazımsız olduğunu sonsuza qədər bəyan etdiklərini başa düşürüksə mövcud danışıqlar imkanlarını görməzdən gəlmək hüququmuz varmı?"- o, söyləyib.
Səkinə Mirzəyeva
15:03 18.02.2026
Oxunuş sayı: 629