Cenevrədə Ukrayna ilə bağlı keçirilən danışıqlar bu gün yekunlaşıb. Görüş bir saatdan bir qədər çox davam edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Rusiya nümayəndə heyətinin üzvü Vladimir Medinski danışıqların çətin, lakin işgüzar atmosferdə keçdiyini bildirib. O, yaxın vaxtlarda yeni görüşün keçiriləcəyini də əlavə edib.