Ukrayna Prezidenti Volodimir Zelenski sosial mediada bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkoya qarşı sanksiyalar tətbiq edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, sanksiyalar Belarusun Ukraynaya qarşı müharibədə Rusiyanı dəstəkləməsi səbəbindən tətbiq olunub və bu addım Kiyevin regionda təhlükəsizliyi gücləndirmək məqsədinə xidmət edir. Zelenski həmçinin Ukraynanın beynəlxalq hüququ qorumaq və ölkəyə qarşı hərbi təcavüzü dayandırmaq səylərini davam etdirəcəyini vurğulayıb.