İran raket potensialına görə dünyada ilk onluqda
2025-ci il üzrə Global Firepower reytinqinə əsasən, İran dünyada ən çox ballistik raketə malik on ölkə arasında yer alır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd edək ki, bu, Tehran üçün yalnız raket sayını göstərmir, həm də onun milli müdafiədə strateji çəkindirmə vasitəsi kimi raket proqramına verdiyi önəmi əks etdirir.
Sanksiyalar və müasir aviasiyaya məhdud çıxış şəraitində İran güc balansını qorumaq üçün asimmetrik vasitə olaraq ballistik və qanadlı raketlərə üstünlük verir. İlk onluğa daxil olması ölkənin danışıqlardakı mövqeyini gücləndirir və regionda təhlükəsizlik hesablamalarını dəyişir.
12:26 18.02.2026
Oxunuş sayı: 542