Ukrayna qüvvələri Rusiyanın Belqorod şəhərində enerji infrastrukturuna raket hücumu həyata keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki,telegram kanallarından biri raketin Frunzenskaya yarımstansiyasına dəydiyini bildirib.
Belqorod qubernatoru Vyaçeslav Qladkov hücumu və “enerji infrastrukturu obyektlərinə dəyən ziyanı” təsdiqləyib, lakin dəqiq olaraq hansı obyektlərin zədələndiyini açıqlamayıb.