2014-cü ildən bəri ilk dəfə olaraq Rusiya idmançıları Paralimpiya Oyunlarında milli bayraqları altında iştirak edəcəklər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Beynəlxalq Paralimpiya Komitəsi Rusiyaya 2026-cı il Qış Paralimpiya Oyunlarında iştirak üçün altı kvota yeri ayırıb. Bəzi idman növlərində məhdudiyyətlər qalmaqla, qadağa 2025-ci ilin sentyabrında qismən ləğv edilib.