DİM: Ötən il minə yaxın nəzarətçi bazadan çıxarılıb
2025-ci ildə zal nəzarətçiləri bazasından 935 nəfər müxtəlif səbəblərlə çıxarılıb.
Crossmedia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Təşkilati-metodik təminat, təlimlər və regional bölmələrlə iş şöbəsinin müdiri Adıgözəl Həbibov imtahan rəhbərləri və zal nəzarətçilərinin fəaliyyətinin qiymətləndirilməsinə həsr olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, bunlardan 286 nəfərin bazadan çıxarılması birbaşa imtahanla bağlıdır:
İmtahanda iştirakdan dəfələrlə imtina etdiyinə görə — 346
Sosial məzuniyyətdə olduğuna görə — 122
Cari ildə keçirilən imtahanlarda ağır dərəcəli köçürməyə yol verdiyinə və köçürməyə şərait yaratdığı (sual kitabçalarının, cavab kartlarının dəyişdirilməsi, konspektdən istifadəyə göz yummaq və s.) imtahan rəhbəri tərəfindən müəyyənləşdirildiyinə görə — 159
Etik davranış qaydalarını pozduqlarına görə — 14
Nəzarətçi vəsiqəsini götürdüyü halda dəfələrlə imtahanlarda iştirak etmədiyi üçün — 25
Müqavilə bağlamadığına və ya müqaviləyə xitam verdiyinə görə — 23
İşdən çıxdığına və ya təqaüdə çıxdığına görə — 114
Digər səbəblərlə (səhhəti imkan vermir, vəfat edib, ölkə xaricindədir, hərbi xidmətdədir, ailə vəziyyəti imkan vermir, direktor təyin edildiyinə görə, dövlət qulluqçusu olduğuna görə) — 44 nəfər kənarlaşdırılıb.
16:02 04.02.2026
Oxunuş sayı: 408