Rusiyada miqrantlarla bağlı qalmaqallı tövsiyə: Qurdlara görə yoxlama çağırışı
Rospotrebnadzor (İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidmət) Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində fəaliyyət göstərən işəgötürənlərə miqrant işçilərin tibbi müayinədən keçirilməsi ilə bağlı tövsiyə verib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Xantı-Mansi Muxtar Dairəsi–Yuqra Səhiyyə Departamenti və Əmək və Məşğulluq Departamenti ilə aparılan rəsmi yazışmalar çərçivəsində işəgötürənlərə miqrant işçilərin helmintozlar (qurd xəstəlikləri) və bağırsaq protozoaları üzrə yoxlanılması məsləhət görülüb.
18:36 02.02.2026
Oxunuş sayı: 276